yeni təyinatlar
Xaçmaz icra nümayəndəliklərində YENİ TƏYİNATLAR
Xaçmazda yerli icra nümayəndəliklərinə yeni təyinatlar olub. Sfera.az xəbər verir ki, bu barədə Xaçmaz İH başçısı Elnur Rzayev əmr imzalayıb. Əmrə əsasən, Elgün Həsənov Ləcət inzibati ərazi dairəsinə nümayəndə, Sərdar Məmmədov Nabran inzibati ərazi dairəsinə nümayəndə təyin edilib. İcra başçısı Elnur Rzayevin digər əmri ilə Rufəddin Mirzəyev isə Seyidlikəndyeri inzibati ərazi dairəsinin baş məsləhətçisi-ev təsərrüfatları uçotu işinin aparıcısı vəzifəsinə təyinat alıb./bizimmedia
Cəmiyyət06.10.2026 20:01
ADY-də yeni təyinatlar oldu - FOTO
“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-də yeni təyinatlar olub. Sfera.az xəbər verir ki, bununla bağlı ADY sədri Rövşən Rüstəmov müvafiq əmrlər imzalayıb. Belə ki, Kəmalə Hüseynova İnsan resursları departamentinin İşçilərlə əlaqələr şöbəsinin müdiri, Vüqar Səməndov isə Maliyyə departamentinin Vergi uçotu şöbəsinin müdir müavini vəzifəsinə təyin olunublar. Qeyd edək ki, yeni təyinatadək K.Hüseynova İnsan resursları departamentində İstedadların idarə edilməsi şöbəsinin müdir müavini vəzifəsində
Cəmiyyət22.09.2026 22:09


