Xidmətinin yaradılmasının
70 minə yaxın abituriyent ixtisas seçiminin təsdiqlədi
Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir. Bu barədə Sfera.az -a DİM-dən məlumat verilib. Bildirilib ki, abituriyentlər 19 avqust saat 23:59-dək qəbul olmaq istədikləri ixtisasları “Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər. 18 avqust saat 09:45-ə olan məlumata əsasən, 70428 abituriyent (subbakalavr) ərizəsini təsdiq edib. Müsabiqəyə yalnız ərizəsini təsdiq etmiş şəxslər buraxılırlar.
Təhsil18.08.2026 09:53

