Xəzər Dəniz Gəmiçiliyi
Əfqan Cəlilovdan yeni təyinat
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"ndə (ASCO) yeni kadr təyinatı olub. Sfera.az bildirir ki, bununla bağlı QSC-nin İdarə Heyəti sədri Əfqan Cəlilov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Murad Veysov ASCO-nun Xəzər Dəniz Neft Donanmasının Təchizat xidmətinin rəisi təyin olunub. Qeyd edək ki, M.Veysov yeni təyinatadək "AzInTelecom"u Təchizatın idarəedilməsi departamentinin Aktivlərin idarəedilməsi şöbəsinin müdiri vəzifəsində çalışıb./iqtisadiyyat.az
Gündəm08.09.2026 18:13
Dövlət qurumunda 1700 işçi ÇIXARILDI
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) işçilərinin sayı açıqlanıb. Sfera.az xəbər verir ki, bu ilin yarımillik hesabatına görə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin işçilərinin sayı 6 034 nəfər olub. 1-ci rübdə işçi sayı 6 315 nəfər təşkil edib ki, bu da rüblük müqayisədə 281 nəfərin azalması deməkdir. Ötən ilin eyni dövrünə işçi sayı 7 719 nəfər olub ki, bu da illik müqayisədə 1 685 nəfərin azalmasıdır. Xatırladaq ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC 22 oktyabr 2013-cü ildə
Cəmiyyət04.09.2026 20:04
ASCO-nun Texniki direktoru vəzifəsindən ayrıldı
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Texniki direktoru Rəşad Göyüşov öz ərizəsinə əsasən vəzifəsindən ayrılıb. Sfera.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq ASCO-dan bildirilib. Məlumata əsasən, Bununla bağlı "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin İdarə Heyətinin sədri müvafiq əmr imzalayıb. ASCO-dan sorğumuza cavab olaraq bildirilib ki, Rəşad Göyüşovun ərizəsi nəzərə alınaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.
Cəmiyyət27.07.2026 12:36



