Xətai rayonu
Sabah bu ərazilərdə qaz olmayacaq
Sabah Bakının Xətai rayonunun bəzi küçə və prospektlərinin qaz təchizatında fasilə yaranacaq. Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun M. Hadi, A. Rəhimov küçələrinin, Əhmədli qəsəbəsində 1-ci və 5-ci Rezervuar küçələrinin, Babək prospektinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Cəmiyyət21.09.2026 18:11
Bakının bu rayonu qaranlığa qərq oldu
Bakının Xətai rayonu, Gəncə prospektində yerləşən bir sıra çoxmərtəbəli binalarda elektrik enerjisi kəsilib. Sfera.az xəbər verir ki, bu barədə Bakupost.az -a sakinlər məlumat verib. Sakinlərin sözlərinə görə, təxminən, saat 21 radələrində bir neçə binada eyni vaxtda işıqlar sönüb. Hazırda elektrik enerjisinin kəsilməsinin səbəbi və bərpa olunacağı vaxt məlum deyil.
Hadisə08.09.2026 21:57
Paytaxtda usta iş yerində öldü
Bakıda usta iş yerində ölüb. Sfera.az xəbər verir ki, hadisə Xətai rayonu, Cavanşir küçəsində qeydə alınıb. 49 yaşlı Samir Vaqif oğlu Rüstəmov usta işlədiyi evdə ürək çatışmazlığından ölüb. Məlumata görə, o, əvvəllər qətl törətməkdə təqsirləndirilərək, həbs edilib. Araşdırma aparılır./lent
Hadisə04.08.2026 18:13



