Xankəndi
Xankəndi stadionunda ilk rəsmi oyunun vaxtı açıqlandı
Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb. Sfera.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, noyabrın 19-da 1-ci Liqanın 8-ci turu çərçivəsində baş tutacaq "Xankəndi" – "Karvan-Yevlax" matçı bu stadionda keçiriləcək. Qarşılaşma saat 16:00-da start götürəcək. "Xankəndi" klubu bundan sonrakı ev oyunlarını da bu şəhərdə keçirəcək. MOİK klubunun Xankəndi stadionundan istifadəsi isə qış fasiləsindən sonraya nəzərdə tutulub.
İdman10.11.2026 10:40
İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib - FOTOLAR
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Xankəndi Stadionunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib. Sfera.az xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov dövlət başçısına stadionda yaradılmış şərait barədə məlumat verdi. Bildirildi ki, Xankəndi Şəhər Stadionu 1956-cı ildə istifadəyə verilib. 2023-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdikləri antiterror əməliyyatı nəticəsində Xankəndi şəhəri erməni işğalından azad olunub. Bundan sonra stadionun
Siyasət07.11.2026 12:09
"Xankəndi" ona tapşırıldı
Röyal Nəcəfov "Xankəndi" klubunun yeni baş məşqçisi təyin edilib. Sfera.az xəbər verir ki, bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. İmzalanmış müqaviləyə əsasən Röyal Nəcəfov 2026/2027-ci il mövsümünün sonunadək "Xankəndi"nin baş məşqçisi vəzifəsini icra edəcək. O, bu vəzifədə bir neçə gün əvvəl istefaya göndərilən Zaur Hacıyevi əvəzləyib./axar
İdman29.09.2026 20:29
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Sfera.az xəbər verir ki, növbəti köç çərçivəsində Xankəndi şəhərinə və Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun Təzəbinə, Xanyurdu, Xanabad və Ballıca, Ağdərə rayonunun Vəngli, Çapar və Aşağı Oratağ, Cəbrayıl rayonunun isə Şükürbəyli kəndlərinə köç karvanları yola salınıb. Köçürülənlər respublikanın müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti
Gündəm22.09.2026 08:07
Diplomatlar Xankəndidə: Şəhərdə nələr dəyişir?
Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri davam edir. İşğaldan azad edilmiş ərazilərdə müasir infrastrukturun yaradılması, şəhər və rayonların yenidən qurulması, tarixi-mədəni irsin qorunması və bölgənin gələcək inkişafının təmin edilməsi istiqamətində mühüm layihələr həyata keçirilir. Bu prosesdə Xankəndi xüsusi diqqət çəkən şəhərlərdən biridir. Şəhərdə aparılan quruculuq işləri nəticəsində Xankəndinin müasir, rahat və inkişaf etmiş şəhər kimi yenidən
Siyasət11.09.2026 13:38
“Xankəndi” klubu loqosunu dəyişdi - FOTO
“Xankəndi” Futbol Klubu yeni loqosunu təqdim edib. Sfera.az bildirir ki, bu barədə Metbuat.az -a klubdan məlumat verilib. Bildirilib ki, yeni loqo Xankəndinin tarixini, mədəni irsini və dəyərlərini özündə birləşdirir. Loqoda əks olunan hər bir detal şəhərin keçmişini, bu gününü və gələcəyə baxışını ifadə edir. Qeyd edək ki, “Xankəndi” Futbol Klubu 2024-cü ilin sentyabrında yaradılıb. Komanda 2024/2025 mövsümündə Region Liqasında mübarizəyə başlayıb. 2025/2026 mövsümündə 76 xalla İkinci Liqanın
İdman17.08.2026 20:55
Nazir müşavirinə yeni vəzifə verildi
Xankəndi Futbol Klubunda idarəetmə strukturunun təkmilləşdirilməsi istiqamətində növbəti addım atılıb. Sfera.az xəbər verir ki, bu barədə klubun sosial media hesabında məlumat paylaşılıb. Klubun Ümumi Yığıncağının qərarı ilə Xankəndi FK-da Müşahidə Şurası yaradılıb və Şuranın sədri vəzifəsinə Elgün Səmədov seçilib. Qeyd edək ki, Elgün Səmədov səhiyyə nazirinin müşaviridir. O bu vəzifəyə ötən il təyin olunub./unikal
Cəmiyyət12.08.2026 19:56







