Xaçmaz
Xaçmaz icra nümayəndəliklərində YENİ TƏYİNATLAR
Xaçmazda yerli icra nümayəndəliklərinə yeni təyinatlar olub. Sfera.az xəbər verir ki, bu barədə Xaçmaz İH başçısı Elnur Rzayev əmr imzalayıb. Əmrə əsasən, Elgün Həsənov Ləcət inzibati ərazi dairəsinə nümayəndə, Sərdar Məmmədov Nabran inzibati ərazi dairəsinə nümayəndə təyin edilib. İcra başçısı Elnur Rzayevin digər əmri ilə Rufəddin Mirzəyev isə Seyidlikəndyeri inzibati ərazi dairəsinin baş məsləhətçisi-ev təsərrüfatları uçotu işinin aparıcısı vəzifəsinə təyinat alıb./bizimmedia
Cəmiyyət06.10.2026 20:01
Xaçmazda avtomobil iki məktəblini vurdu
Xaçmaz rayonunda avtomobil iki məktəblini vurub. Sfera.az xəbər verir ki, hadisə Xaçmaz şəhərinin M.Ə.Sabir küçəsində qeydə alınıb. "Opel" markalı minik avtomobili küçədə velosiped sürən 14 və 16 yaşlı iki yeniyetməni vurub. Onlar müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıblar. Hadisə ilə baqlı araşdırma aparılır./report
Hadisə06.10.2026 18:22



