vətəndaşlar
Masazırda əvvəl üçmərtəbə planlaşdırılan bina səkkiz mərtəbəyə çatıb
Abşeron rayonunun Masazır qəsəbəsində, Niyazi küçəsində aparılan tikinti işləri ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub. Sfera.az xəbər verir ki, sakinlərin sözlərinə görə, tikinti şirkəti ərazidə əvvəlcə üçmərtəbəli bina inşa ediləcəyini bildirib. Lakin sonradan layihəyə dəyişiklik edilib və binanın mərtəbələrinin sayı artırılıb. Hazırda tikintinin səkkizinci mərtəbəyə qədər davam etdiyi bildirilir. Vətəndaşlar deyirlər ki, binanın hündürlüyünün artırılması onların gündəlik həyatına
Hadisə20.08.2026 12:22
Suraxanıda qəbiristanlıqda ACINACAQLI VƏZİYYƏT - VİDEO
Baku TV-nin qaynar xəttinə Suraxanı rayonunun Hövsan qəsəbəsində, "Beton zavod" deyilən ərazidə yerləşən qəbiristanlığın vəziyyəti ilə bağlı müraciət daxil olub. Sfera.az xəbər verir ki, vətəndaşlar qəbiristanlıqda uzun müddətdir təmizlik işlərinin aparılmadığını, qəbirlərin ətrafını alaq otlarının basdığını bildirirlər. Çəkiliş zamanı ərazidə bir sıra qəbirlərin ətrafında hündür və quru otların olduğu, bəzi yerlərdə isə alaq otlarının qəbir daşlarına qədər yayıldığı müşahidə olunub.
Hadisə12.08.2026 20:09


