UEFA Superkuboku
UEFA Superkuboku: İki güclü komanda üz-üzə gələcək
Bu gün UEFA Superkuboku uğrunda oyun keçiriləcək. Sfera.az -ın məlumatına görə, həlledici görüşdə PSJ (Fransa) ilə "Aston Villa" (İngiltərə) üz-üzə gələcək. Qarşılaşma Avstriyanın Zaltsburq şəhərindəki eyniadlı stadionda keçiriləcək. Bakı vaxtı ilə 23:00-da start götürəcək matçı Somalidən olan FIFA referisi Omar Artan idarə edəcək. Qeyd edək ki, PSJ UEFA Çempionlar Liqasının son qalibidir. "Aston Villa" isə 2025/2026 mövsümündə UEFA Avropa Liqasını qazanıb.
İdman12.08.2026 10:39

