UEFA Çempionlar Liqasında
Həftənin ən yaxşı futbolçusu bəlli oldu
UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub. Sfera.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Azarkeşlərin səsverməsinə əsasən, bu ada İtaliyanın "Komo" klubundan Anastasios Douvikas layiq görülüb. 27 yaşlı yunanıstanlı hücumçu "Lans" (Fransa) klubuna 9:1 hesabı ilə qalib gəldikləri matçda het-trik edib və 1 məhsuldar ötürmə edib. Facebook
İdman05.11.2026 21:36
“Sabah” “Orhus”la cavab matçına çıxır
Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək. Sfera.az xəbər verir ki, təmsilçimiz “Sabah” öz meydanında Danimarkanın "Orhus" klubunu sınağa çəkəcək. “Bank Respublika Arena”da keçiriləcək matç saat 20:00-da start götürəcək. Tərəflər arasındakı ilk matçda “Orhus” qələbə qazanıb – 2:1. UEFA Çempionlar Liqası III təsnifat mərhələsi, cavab oyunu 11 avqust 20:00. "Sabah" – "Orhus" (Danimarka) İlk oyun 1:2/APA
İdman11.08.2026 10:29


