Turan Tovuz
“Turan Tovuz” – “Fənərbağça” oyununun vaxtı açıqlandı
“Turan Tovuz” və Türkiyənin “Fənərbağça” komandaları arasında keçiriləcək dostluq oyununun vaxtı açıqlanıb. Sfera.az xəbər verir ki, bu barədə “Turan Tovuz” PFK məlumat yayıb. Qeyd olunub ki, qarşılaşma oktyabrın 3-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
İdman21.09.2026 21:43
"Sabah"dan inamlı qələbə
Misli Premyer Liqasında VI turun daha bir matçı baş tutub. Sfera.az xəbər verir ki, günün ilk matçında "Turan Tovuz" "Zirə"ni qəbul edib. Qarşılaşmada yeganə qol matçın 90+6-cı dəqiqəsində Filip Damyanoviç tərəfindən vurulub. Bu qələbə ilə xallarının sayını 11-ə çatdıran Tovuz təmsilçisi dördüncü pilləyə yüksəlib. “Zirə” isə 10 xalla beşinci sırada yer alır. Günün ikinci görüşündə “Sabah” "İmişli"ni qəbul edir. Qeyd edək ki, tura sentyabrın 20-də yekun vurulacaq. Ötən gün "Neftçi" "Qəbələ"ni
İdman19.09.2026 23:02
"Turan Tovuz" "Şamaxı"ya, "Neftçi" "Araz-Naxçıvan"a qarşı
Bu gün Misli Premyer Liqasında daha iki oyun keçiriləcək. Sfera.az xəbər verir ki, 2-ci turda əvvəlcə "Turan Tovuz" "Şamaxı"nı qəbul edəcək. Tovuz şəhər stadionunda keçiriləcək matç saat 18:30-da başlayacaq. Digər görüşdə isə "Araz-Naxçıvan" "Neftçi"nin qonağı olacaq. Bu qarşılaşma isə 20:45-də start götürcək.
İdman23.08.2026 17:48
Premyer Liqa: “Turan Tovuz” mövsümə qələbə ilə başladı
Azərbaycan Premyer Liqasında 2026/2027 mövsümünə start verilib. Sfera.az xəbər verir ki, mövsümün ilk oyun günündə 1 qarşılaşma baş tutub. “Turan Tovuz” açılış matçında “Qəbələ”ni qəbul edib. Tovuz şəhər stadionunda keçirilən görüş tovuzluların minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.
İdman14.08.2026 21:32
"Turan Tovuz" Türkiyə klubunu məğlub etdi
Türkiyənin paytaxtı Ankarada təlim-məşq toplanışını davam etdirən "Turan Tovuz" növbəti yoxlama oyununu keçirib. Sfera.az xəbər verir ki, Kurban Berdıyevin baş məşqçisi olduğu komanda Türkiyə təmsilçilərindən "Gənclərbirliyi"ni 4:0 hesabı ilə məğlub edib. Tovuz kollektivinin qollarını Dioqo Balau, İbrahima Vadji, Alexandro Serrano və Faiq Hacıyev vurublar. Xatırladaq ki, "Turan Tovuz" Ankaradakı hazırlıq çərçivəsində İranın U-21 yığması və Türkiyənin I Liqa təmsilçisi "Fatih Karagümrük"lə
İdman03.08.2026 19:11





