tüfəngindən açılan atəşdən
14 yaşlı oğlan ov tüfəngindən açılan atəşdən öldü
Şəmkirdə bədbəxt hadisə baş verib. Sfera.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Dağ Daşbulaq kəndində qeydə alınıb. Belə ki, kənd sakini 2012-ci il təvəllüdlü E. Cəfərov ov tüfəngindən açılan atəşdən ölüb. İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib. Əraziyə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Hadisə20.08.2026 12:29

