Tovuzda yol-nəqliyyat
Tovuzda ağır qəza - Yaralanan var
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hadisə rayonun Azaflı kəndində qeydə alınıb. "Vaz-2107" markalı avtomobil ehtiyatsızlıqdan qarşıda gedən ZİL markalı yük maşınına çırpılıb. Hadisə nəticəsində "Vaz-2107" avtomobilinin sürücüsü Sübhan Məmmədov xəsarət alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti orta ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
Hadisə02.08.2026 16:48

