Tovuza qonaq gedibmiş
Bakıdan Tovuza qonaq gedən uşağı maşın vurdu - Vəziyyəti ağırdır
Tovuzda azyaşlının vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sfera.az xəbər verir ki, qəza rayon ərazisində qeydə alınıb. 2018-ci il təvəllüdlü N.O-nu maşın vurub. 8 yaşlı oğlan xəstəxanaya çatdırılıb və təcili əməliyyata götürülüb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. İlkin məlumata görə, uşaq Bakıdan Tovuza qonaq gedibmiş.
Cəmiyyət02.08.2026 17:30

