Texniki direktoru
ASCO-nun Texniki direktoru vəzifəsindən ayrıldı
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Texniki direktoru Rəşad Göyüşov öz ərizəsinə əsasən vəzifəsindən ayrılıb. Sfera.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq ASCO-dan bildirilib. Məlumata əsasən, Bununla bağlı "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin İdarə Heyətinin sədri müvafiq əmr imzalayıb. ASCO-dan sorğumuza cavab olaraq bildirilib ki, Rəşad Göyüşovun ərizəsi nəzərə alınaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.
Cəmiyyət27.07.2026 12:36

