Təbii Sərvətlər
Prezident İlham Əliyev fərman imzalayıb
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi" yaradılıb. Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmanla müəyyən edilib ki, Mərkəz meşəçilik sahəsində təlimlərin təşkili və keçirilməsi, meşə bitkilərinin toxum gen bankının yaradılması və idarə edilməsi, toxum nümunələrinin qorunub saxlanılması, habelə meşə bitkiləri tinglərinin yetişdirilməsi ilə məşğul olan büdcə təşkilatıdır.
Gündəm25.11.2026 19:27

