Siyəzən
Azərbaycanda ata evə gec gələn qızını bıçaqladı
Siyəzəndə kişi qızını bıçaqlayıb. Sfera.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. 66 yaşlı Şükür İsayev (şərti adla) gecə saatlarında yaşadıqları evdə qızı Ramiləyə (şərti adla) bıçaq xəsarətləri yetirib. Buna səbəb Ramilənin evə gec və sərxoş halda gəlməsi olub. Yaranmış mübahisə zamanı Şükür mətbəx bıçağı ilə qızına hücum edib. Bu zaman qadın bıçağı tutduğu üçün əli kəsilib. Daha sonra kişi təkrar hücum edərək, qızının boyun və qoluna kəsilmiş-deşilmiş xəsarətlər yetirib.
Kriminal04.11.2026 19:37

