Şirvan
Bu ərazilərdə su olmayacaq
Şirvan şəhərinin bəzi ərazilərində içməli su kəsiləcək. Sfera.az xəbər verir ki, bu barədə Şirvan Şəhər İcra Hakimiyyəti məlumat yayıb. Bildirilib ki, 20 oktyabr 2026-cı il tarixdə aparılacaq təmir işləri ilə əlaqədar saat 22:00-dan 21 oktyabr 06:00-dək şəhərin Kənd evləri, Bağ evləri yaşayış sahələrinin, H.Z.Tağıyev və Naxçıvan küçələrinin su təminatında müvəqqəti məhdudiyyətlər olacaq.
Cəmiyyət20.10.2026 20:44
Dövlət qurumunda yeni təyinat
Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olan "Azərpambıq Aqrar Sənaye Kompleksi"inin Baş direktoru Fəxri Mehdiyev özünə müşavir təyin edib. Sfera.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, Afər Mehrabova Əzimova baş direktorun müşaviri vəzifəsinə təyin olunub. Bundan əvvəl o, Satınalma və təchizat zənciri şöbəsinin rəhbəri vəzifəsində çalışıb. Xatırladaq ki, "Azərpambıq" 2018-ci ildə yaradılıb. Cəmiyyət pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan
Cəmiyyət29.09.2026 23:59
Goranboyda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verdi
Goranboyda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Sfera.az xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan magistral avtomobil yolunun Dəliməmmədli şəhərindən keçən hissəsində qeydə alınıb. İlkin məlunata görə, təxminən 40-45 yaşlarında kişini avtomobil vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Mərhum Şirvan şəhər sakinidir. O, avtomobili yol kənarında saxlayaraq yolu qarşı tərəfə keçmək istəyib. Qəza yerinə yol-polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma
Hadisə22.09.2026 21:56



