silah-sursat
Cinayət törədən 60 nəfər saxlanılıb
Sentyabrın 30-da ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib. Məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 161, o cümlədən borclu şəxs qismində axtarışda olan 138 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.
Hadisə01.10.2026 18:32

