Şeyx Əbdül
Xalq artisti xəstəxanadan evə buraxıldı
Xalq artisti Şeyx Əbdül Mahmudbəyov xəstəxanadan evə buraxılıb. Sfera.az bildirir ki, bu barədə Qaynarinfo-ya açıqlamasında aktyorun özü məlumat verib. Aktyor müalicəsinin ev şəraitində davam etdirəcəyini vurğulayıb: "Həkimlər evi tövsiyyə etdi. Müalicələr yazılıb, evdə davam etdirəcəyəm". Qeyd edək ki, bir neçə gün öncə Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun səhhəti pisləşib. Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilmiş aktyorda müayinə zamanı bir neçə xəstəlik aşkarlanmışdı.
Sağlıq05.10.2026 22:04
Xalq artistinin səhhətində problem yarandı - Xəstəxanaya yerləşdirildi
Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun səhhətində problemlər yaranıb. Aktyor bu gün səhər Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib. Sfera.az bildirir ki, Şeyx Əbdül Qaynarinfo-ya açıqlamasında məlumatı təsdiqləyib: "Bir neçə xəstəliklə mübarizə aparıram. Xəstəliyim qarışıq mallar mağazası kimidir, mədə-bağırsaq, göz, bronxlar və s. hamısı bir-birinə qarışıb. Hələ ki, müayinələr aparılır. Həkimlər yekun rəyi müayinələrdən sonra açıqlayacaq. Qocalıq xəstəlikləridir, orqanizm artıq çökür". Xatırladaq
Sağlıq29.09.2026 18:12


