sərnişin
Metroda kişi qatar yoluna düşdü, hərəkət dayandı
Bakı metrosunun 20 yanvar stansiyasında problem yaranıb. Sfera.az xəbər verir ki, saat 18:00 radələrində ortayaşlı kişi sərnişin Nizami istiqamətinə gedən qatar yoluna düşüb. Həmin vaxt stansiyada olan xanım əməkdaşın və polis əməkdaşlarının çevik müdaxiləsi nəticəsində faciə baş verməyib. Qatar stansiyaya daxil olarkən dayandırılıb, sərnişin isə polislər və xanım əməkdaşın köməyi ilə tuneldən çıxarılıb. Qatarların hərəkətin 5 dəqiqəlik fasilə yaranıb./qaynarinfo
Hadisə25.09.2026 19:13
Metro ilə sərnişin daşınması azalıb, avtobusla artıb
Metroda aparılan yeni tikinti işləri ilə əlaqədar mərkəzi stansiyalar arasında əlaqənin kəsilməsi bu nəqliyyat növü ilə sərnişin daşınmasının azalmasına, əvəzində avtobuslarla sərnişin daşınmasının daha çox artmasına səbəb olub. Sfera.az statistik məlumatlara istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-avqust ayları ərzində metrodan 141 578 000 sərnişin istifadə edib. Əvvəlki ilin eyni dövrünə nisbətən metrodan istifadə edən sərnişin sayı 0,7 faiz və ya 1 milyon azalıb. Amma avtobuslardan
İqtisadiyyat17.09.2026 11:58
Qatarın vurduğu 24 yaşlı Rahilin FOTOSU
Şəmkirdə 24 yaşlı gənc oğlanı hərəkətdə olan sərnişin qatarı vuraraq öldürüb. Sfera.az xəbər verir ki, hadisə Bakı–Böyük Kəsik–Gürcüstan dəmir yolu xəttinin rayonun Sabirkənd kəndi ərazisindən keçən hissəsində baş verib. 2002-ci il təvəllüdlü Rahil Vəliyev dəmir yolu xəttində olarkən Tbilisi–Bakı istiqamətində hərəkət edən sərnişin qatarının vurması nəticəsində ağır xəsarətlər alıb. Gənc hadisə yerində həyatını itirib. Mərhumun yaxınlarının sözlərinə görə, Rahil dəmir yolu xəttinin üzərinə
Hadisə08.09.2026 23:08
Metrodan istifadə edənlərə ŞAD XƏBƏR
Bakı metrosunda həyata keçirilən layihələr tamamlandıqdan sonra qatarlararası interval 3 dəqiqə 30 saniyədən 2 dəqiqəyə enəcək, bu isə sərnişin sıxlığının və tıxacların azalmasına imkan yaradacaq. Sfera.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, xətlərin ayrılması nəticəsində hər bir xətt müstəqil fəaliyyət göstərəcək və birində yaranan nasazlıq digər xətlərin işinə təsir göstərməyəcək. Bəxtiyar Məmmədov bildirib
Gündəm05.08.2026 19:54




