Serbiya
Nazir serbiyalı həmkarı ilə görüşdü
BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov serbiyalı həmkarı Marko Curiçlə görüşüb və ikitərəfli tərəfdaşlıq münasibətləri müzakirə olunub. Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) X sosial şəbəkə hesabında paylaşım edilib. Görüş zamanı nazirlər Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətlərinin hazırkı vəziyyətini və inkişaf perspektivlərini, siyasi, iqtisadi, ticarət, enerji,
Siyasət23.09.2026 19:30
Avropada yeni müharibə ssenarisi – Böyük savaş ehtimalı artır?
Serbiya Prezidenti Aleksandr Vuçiç Avropada Ukrayna müharibəsi fonunda uzunmüddətli və daha genişmiqyaslı qarşıdurmanın baş verə biləcəyini deyib. Onun fikrincə, mövcud vəziyyət Avropanı daha böyük müharibə təhlükəsi ilə üz-üzə qoyur. Sfera.az bildirir ki, globalinfo.az -a danışan politoloq Kazım Kazımbəyli deyib ki, Avropa müəyyən gərginlik içindədir, lakin bütövlükdə savaş həddinə çatdığını demək çətindir: “Balkanlarda zaman-zaman gərginliklər yaşanır. Xüsusilə Xorvatiya, Serbiya və Bosniya
Dünya11.08.2026 17:48
Prezidentdən Tahir Tağızadə ilə bağlı SƏRƏNCAM
Tahir Tofiq oğlu Tağızadə Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamı ilə Tahir Tağızadə Azərbaycanın Serbiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Xatırladaq ki, T.Tağızadə 2021-ci il iyulun 23-də Azərbaycanın Macarıstanda səfiri təyin olunmuşdu.
Siyasət29.07.2026 20:23
Prezident sərəncam imzaladı
Kamil Tacid oğlu Xasiyev Azərbaycanın Serbiyada, eyni zamanda Monteneqroda və Şimali Makedoniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamı ilə Kamil Tacid oğlu Xasiyev Azərbaycanın Avstriyanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Siyasət29.07.2026 19:45




