şansı
"Mbappenin bombardir olmaq şansı daha çoxdur" - Rauf Əliyev
Fransa millisinin hücumçusu Kilian Mbappenin DÇ-2026-nın ən məhsuldar oyunçusu olmaq şansı daha çoxdur. Sfera.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan millisinin keçmiş futbolçusu Rauf Əliyev deyib. O, Mbappe ilə yanaşı, Argentina yığmasının kapitanı Lionel Messinin şanslarını yüksək qiymətləndirib: "Fransa yığmasının ümumi gücünü nəzərə alsaq, Kilian Mbappenin bombardirlik yarışında şansı daha çoxdur. Çempionluğa ən böyük namizədlərdən biri Fransa, digəri isə İspaniyadır.
İdman03.07.2026 13:52

