Salyan Regional Qaz
Sabah bu ərazidə qaz olmayacaq
Sabah Sabirabadın bəzi hissələrində qaz təchizatı dayandırılacaq. Sfera.az xəbər verir ki, Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib. Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Sabirabad rayonunun Axtaçı-Muğan, Güdəcühür, Qaratoğay, Osmalı, Şıxsalahlı, Qaragüney kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Cəmiyyət01.09.2026 18:09

