rütbələr
DSX-nın bir sıra hərbçisinə ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib. Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla general-mayor Babək Mürsəl oğlu Ələkbərova, general-mayor Aqşin Ramiz oğlu Məhərrəmova və general-mayor Faiq Həmzəağa oğlu Məmmədova "general-leytenant" ali hərbi rütbəsi, polkovnik Elfan Şakir oğlu Quliyevə isə "general-mayor" ali hərbi rütbəsi verilib.
Siyasət17.08.2026 12:13

