Rusiyada azərbaycanlı bədbəxt
Rusiyada azərbaycanlı bədbəxt hadisə nəticəsində həyatını itirdi - FOTO
Rusiyada çalışan azərbaycanlı fəhlə bədbəxt hadisə nəticəsində həyatını itirib. Sfera.az xəbər verir ki, hadisə Ufa şəhərində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Kazımov Savad Eynulla oğlu işlədiyi tikinti obyektində hündürlükdən yıxılaraq ölüb. Məlumata görə, mərhum Biləsuvar rayonunun Xırmandalı kənd sakinidir. Hadisənin başvermə səbəbləri araşdırılır./Bizim.Media
Hadisə16.06.2026 16:37

