Rumıniya
"Sabah" və "Hapoel" arasında oyunun başlama vaxtı açıqlandı
UEFA Azərbaycan çempionu "Sabah" və İsrail təmsilçisi "Hapoel" (Beer-Şeva) arasında Çempionlar Liqasının pley-off mərhələsinin oyunlarının başlama vaxtını və məkanını açıqlayıb. Sfera.az xəbər verir ki, ilk görüş avqustun 19-da Rumıniyanın paytaxtı Buxarestdəki "Culeşti" stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Tərəflər arasında cavab qarşılaşması isə avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq./Report
İdman12.08.2026 13:33
"Neftçi" ilk yoxlama matçında məğlub oldu
Sloveniyada təlim-məşq toplanışını davam etdirən “Neftçi” bu gün ilk yoxlama oyununu keçirib. Sfera.az xəbər verir ki, Yuri Vernidubun rəhbərlik etdiyi komanda Rumıniyanın “ÇFR Kluj” klubu ilə üz-üzə gəlib. Qarşılaşma “Neftçi”nin 2:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Qeyd edək ki, “ağ-qaralar” hazırlıq prosesi çərçivəsində iyulun 6-da Serbiyanın “Partizan”, iyulun 10-da Serbiyanın “Radniçki Niş”, iyulun 13-də isə Xorvatiyanın “Osiyek” komandaları ilə də yoxlama oyunları keçirəcək.
İdman02.07.2026 23:02


