Röyal Nəcəfov
"Xankəndi" ona tapşırıldı
Röyal Nəcəfov "Xankəndi" klubunun yeni baş məşqçisi təyin edilib. Sfera.az xəbər verir ki, bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. İmzalanmış müqaviləyə əsasən Röyal Nəcəfov 2026/2027-ci il mövsümünün sonunadək "Xankəndi"nin baş məşqçisi vəzifəsini icra edəcək. O, bu vəzifədə bir neçə gün əvvəl istefaya göndərilən Zaur Hacıyevi əvəzləyib./axar
İdman29.09.2026 20:29

