Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi
Bakının mərkəzində yanan obyektdə 6 nəfər zəhərləndi
Bakıda obyektdə baş verən yanğın zamanı 6 nəfər tüstüdən zəhərlənib. Bu barədə Sfera.az -a TƏBİB-dən məlumat verilib. Qeyd olunub ki, bu gün saat 11:35 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış qeydə alınıb. Çağırış ünvanına 4 təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2 kişi Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Onlara dərhal zəruri tibbi xidmətlər göstərilib və müayinələr aparılıb.
Hadisə07.08.2026 16:06

