reklam bazarının həcmi
Azərbaycanda reklam bazarı sürətlə böyüyür - RƏQƏMLƏR
Azərbaycanda reklam bazarının həcmi 300 milyon manata çatıb. Sfera.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2025-ci ilin yekununda reklam bazarının həcmi əvvəlki ilə nisbətən 32 milyon manata yaxın böyüyərək 292,4 milyon manat olub. Reklam bazarının həcmi 2024-cü ildə 260,8 milyon manat, 2023-cü ildə 201 milyon manat, 2022-ci ildə 143,8 milyon manat olmuşdu. Dinamika göstərir ki, son illərdə Azərbaycanda reklam bazarının həcmində artım böyük sürətlə gedir.
İqtisadiyyat06.07.2026 11:33

