reanimasiya
Səhhəti ağırlaşan Firuzə İbadovanın son vəziyyəti açıqlandı
Xəbər verdiyimiz kimi, əməkdar artist Firuzə İbadova təxminən iki həftə əvvəl ağır vəziyyətdə xəstəxanaya aparılıb. Sənətçinin qızı Hülya anasının əməliyyat olunduğunu və reanimasiyaya yerləşdirildiyini bildirib. Sfera.az xəbər verir ki, F.İbadovanın son durumu ilə bağlı bakupost.az -a açıqlama verən meneceri onun artıq xəstəxanadan evə buraxıldığını deyib. Menecerin sözlərinə görə, Firuzə İbadovanın müalicəsi davam etdirilir: “Xəstəxanadan çıxıb, evdədir. Vəziyyəti hələlik orta-stabildir.
Sağlıq21.09.2026 20:39
Əməkdar artist komaya düşüb
Əməkdar artist, tanınmış diktor Sevda Saleh Məmmədzadənin səhhəti ağırlaşıb. Sfera.az xəbər verir ki, komaya düşən diktorun son vəziyyəti ilə bağlı qızı Gültən Ramazanova açıqlama verib. G.Ramazanova Musavat.com -a bildirib ki, anasının vəziyyəti kritikdir və həkimlər onun səhhəti ilə bağlı ümidli deyil: “Anamın böyrəkləri fəaliyyətini dayandırıb. Həkim dedi ki, son saatlarıdır, orqanizm tab gətirmədi. Anam komadan ayılmadı. Hər şey sondur. Həkimlər ümidli deyil. Vəziyyəti hər saat pisləşir”.
Sağlıq18.09.2026 18:19


