quru
Laçında yanğın oldu
Laçın şəhərində yaşayış evlərinin yaxınlığında yanğın baş verib. Sfera.az xəbər verir ki, hadisə şəhərin Qorxmaz Eyvazov küçəsində quru ot və kol-kos olan ərazidə qeydə alınıb. Məlumat daxil olduqdan dərhal sonra hadisə yerinə Laçın Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürmə avtomobili cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun yaşayış evlərinə keçməsinin və daha geniş əraziyə yayılmasının qarşısı alınıb. Nəticədə evlər yanğından mühafizə olunub.
Hadisə07.08.2026 20:56
Bu kartofu yesəniz zəhərlənə bilərsiniz - Mütəxəssislər xəbərdarlıq etdi
Dietoloq Nikol Dandrea-Rassert və qida texnoloqu Minvey Syu sağlamlıq üçün təhlükəli ola bilən kartofun hansı hallarda qətiyyən yeyilməməli olduğunu açıqlayıblar. Sfera.az xəbər verir ki, onların "Simply Recipes" nəşrinə verdiyi məlumata görə, cücərmiş və ya yaşıllaşmış kartof istehlak etmək ciddi sağlamlıq riski yarada bilər. Mütəxəssislərin sözlərinə görə, kartof günəş işığına məruz qaldıqda onun tərkibində solanin və çakonin adlı qlikoalkaloidlər əmələ gəlir. Bu maddələr yüksək miqdarda
Maraqlı03.08.2026 19:26


