qızıl gümüş
Qızıl və gümüş bahalaşdı: Qiymətlər 4 min dollara yaxınlaşır
Dünya əmtəə bazarlarında qiymətli metalların dəyərində artım qeydə alınıb. Sfera.az bildirir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızıl və gümüş fyuçersləri bahalaşıb. Ticarət məlumatlarına əsasən, qızıl fyuçerslərinin qiyməti 0,46 faiz artaraq bir troya unsiyası üçün 3 958 dollara çatıb. Gümüşün unsiya üzrə fyuçersləri isə 0,02 faiz bahalaşaraq 49,76 dollar təşkil edib. Qızılın qiymətinin 4 min dollar həddinə yaxınlaşması bazar iştirakçılarının diqqətini yenidən qiymətli metallara yönəldib.
İqtisadiyyat04.11.2026 09:25

