qimət
Şəkərin qiyməti kəskin bahalaşdı
Dünya bazarında şəkərin qiyməti avqustun 18-də kəskin artıb. Sfera.az xəbər verir ki, bu barədə “ICE” birjasının məlumatlarında deyilir. Bakı vaxtı ilə saat 16:17-yə olan məlumata görə, bu qida məhsulunun qiyməti bir funt üçün 17,58 sent həddini keçib. Bu, 2025-ci ilin may ayından bəri ən yüksək göstərici olub. Daha sonra, saat 19:06-ya doğru kotirovkalar korreksiya olunaraq 17,45 sentə enib. Dünya bazarında şəkərin qiymətinin kəskin artacağı hələ iyunun sonunda proqnozlaşdırılmışdı.
İqtisadiyyat18.08.2026 21:20

