qeydiyyat üçün
Tələbə adını qazananların DİQQƏTİNƏ
Qəbul olunanların ali təhsil müəssisələri üzrə qeydiyyatı yalnız my.gov.az portalı üzərindən həyata keçirilir. Sfera.az xəbər verir ki, DİM-dən verilən məlumata görə, qeydiyyat avqustun 28-dən 8 sentyabr saat 18:00-dək davam edəcək. Qeyd olunub ki, qeydiyyat üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti “mygov” platformasında istifadəyə verilib. Qəbul olunan şəxslər qeydiyyat üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar.
Gündəm24.08.2026 19:52

