prospekt
Sabah bu ərazilərdə qaz olmayacaq
Sabah Bakının Xətai rayonunun bəzi küçə və prospektlərinin qaz təchizatında fasilə yaranacaq. Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun M. Hadi, A. Rəhimov küçələrinin, Əhmədli qəsəbəsində 1-ci və 5-ci Rezervuar küçələrinin, Babək prospektinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Cəmiyyət21.09.2026 18:11
Paytaxtın bəzi küçə və prospektlərində təmir başa çatdı
Bakıda 40 küçə və prospektdə təmir işləri başa çatdırılıb, 20-yə yaxın küçə və prospektdə isə işlər davam etdirilir. Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, proqram çərçivəsində ümumilikdə 110 küçə və prospektin təmiri nəzərdə tutulub. Növbəti mərhələlərdə digər küçə və prospektlərdə də təmir işlərinə başlanılması planlaşdırılır.
Cəmiyyət24.08.2026 20:53


