Prezident İlham
Prezident Zəngəzur dəhlizi barədə danışdı
Prezident İlham Əliyev Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclasında Zəngəzur dəhlizi barədə danışıb. Sfera.az xəbər verir ki, Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlərin fəal şəkildə davam etdirildiyini bildirən dövlətimizin başçısı Azərbaycanın əsas hissəsində bu layihənin gələn il başa çatacağını vurğulayıb. Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında da müvafiq işlərə başlanıldığını diqqətə çatdırıb.
Siyasət23.08.2026 22:35
Jurnalistlərimiz İlham Əliyevin səfərini işıqlandırmaq üçün Daşkənddədir - VİDEO
Azərbaycan media nümayəndələri Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərini işıqlandırmaq məqsədilə artıq Daşkənddədir. Sfera.az xəbər verir ki, jurnalistlər səfər çərçivəsində keçiriləcək rəsmi tədbirləri, Prezident İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşlərini və Azərbaycan-Özbəkistan münasibətlərinə dair mühüm məqamları yerindən işıqlandıracaqlar. Qeyd edək ki, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri avqustun 23-24-də baş tutacaq. Səfər çərçivəsində
Siyasət23.08.2026 11:19
Prezident Almaniya səfirinin etimadnaməsini qəbul etdi - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 13-də Almaniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dirk Lölkeni qəbul edib. Sfera.az xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Dövlətimizin başçısı səfirlə söhbət etdi. Ötən ay Almaniyaya rəsmi səfərini məmnunluqla xatırlayan dövlətimizin başçısı səfər zamanı Prezident Frank-Valter Ştaynmayer və Kansler Fridrix Merts ilə ikitərəfli əlaqələr və beynəlxalq məsələlər üzrə yaxşı
Siyasət13.08.2026 12:39
Prezident ona Şöhrət ordeni verdi
BP-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli "Şöhrət" ordeni ilə təltif edilib. Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, o, bu mükafata Azərbaycan neft sənayesinin inkişafında xüsusi xidmətlərinə görə layiq görülüb. Qeyd edək ki, sabah B.Aslanbəylinin 50 yaşı tamam olur.
Siyasət06.08.2026 13:20
Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır
Prezident İlham Əliyevin iyulun 31-də Qırğızıstana dövlət səfəri Azərbaycan–Qırğızıstan münasibətlərinin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər və əldə olunan razılaşmalar iki dost və qardaş ölkə arasında əməkdaşlığın artıq strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəldiyini bir daha nümayiş etdirdi. Dövlət başçıları arasında keçirilən görüşdən sonra mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyev
Siyasət02.08.2026 13:17
Prezident Şuşa ilə bağlı qanuna dəyişikliyi təsdiqlədi
Şuşa şəhərinin ərazisində yerləşən abidələrin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsi qadağan edilib. Sfera.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" qanuna dəyişikliyi təsdiqləyib. Qanuna əsasən, Şuşa şəhərinin ərazisində yerləşən abidələrin korlanması və ya məhv edilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan
Siyasət08.07.2026 15:43
İlham Əliyev İordaniya nümayəndə heyəti ilə görüşdü
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının sədri Mazen Torki Saud Əl-Qadinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Sfera.az xəbər verir ki, dövlətimizin başçısı Azərbaycanla İordaniya arasında əlaqələrin dostluq və qardaşlıq üzərində qurulduğunu deyərək, ölkələrimizin hər zaman bir-birinə qarşılıqlı dəstək nümayiş etdirdiyini vurğuladı, siyasi, iqtisadi, humanitar, parlamentlərarası əlaqələr və digər sahələrdə
Siyasət21.06.2026 12:27







