Peruda güclü zəlzələ
Peruda güclü zəlzələ baş verib
Peruda 5.6 bal gücündə zəlzələ baş verib. Sfera.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata əsasən, yeraltı təkanların episentri 300 000-dən çox əhalisi olan Uankayo şəhərindən 131 km cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 22 km dərinlikdə qeydə alınıb. Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.
Dünya19.07.2026 10:21

