Nizami nprospekti
Gəncədə avtomobil iki piyadanı vurub
Gəncədə piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hadisə şəhərin Nizami prospektində qeydə alınıb. "Maercedes" markalı avtomobil yolu keçmək istəyən 1995-ci il təvəllüdlü Seymur Məmmədov və 1973-cü il təvəllüdlü Elçin Şirinovu vurub. Hər iki şəxs xəstəxanalardan birinə yerləşdirilib, vəziyyətləri orta ağırdır. Faktla bağlı araşdırma başlanılıb.
Hadisə11.08.2026 18:35

