Naxçıvan Muxtar Respublikası
Vasif Talıbov da yola salındı
Vasif Talıbov Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurasının yeni tərkibində yer almayıb. Sfera.az xəbər verir ki, bu barədə qərar YAP-ın yeni seçilmiş İdarə Heyətinin ilk iclasında verilib. Qeyd edək ki, Vasif Talıbov 1995-2022-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri postunu tutub. Xatırladaq ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev də YAP-ın Veteranlar Şurasından çıxarılıb./teleqraf
Cəmiyyət16.10.2026 18:03
Azərbaycanda deputatın mandatı ləğv edildi
Bu gün Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. Sfera.az xəbər verir ki, iclasda əvvəlcə Komissiyanın 11 dekabr 2025-ci il tarixli iclasının protokolu təsdiq olunub. Sonra VII çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qəzənfər İsmayıl oğlu Abdullayevin deputat mandatından məhrum edilməsinə köməklik göstərilməsi barədə ərizəsinə baxılıb. Ali Məclisin deputatı Qəzənfər Abdullayevin müraciəti qanunvericiliyə uyğun qaydada Mərkəzi Seçki
Cəmiyyət01.10.2026 17:57
Bu mərkəzə direktor təyin edildi
Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsi Yanında İdarə Sənədlərini Qaydaya Salan Mərkəzə yeni direktor təyin edilib. Sfera.az bildirir ki, müvafiq əmrlə Hüseynov Ədalət İsmayıl oğlu sözügedən vəzifəyə təyin olunub. Məmmədov Hidayət Elman oğlu isə həmin vəzifədən azad edilib. Qeyd edək ki, mərkəz direktoru təyin olunan Ədalət Hüseynov bu ilin iyunun 1-də təqaüd yaşına çatması ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadi məsələlər şöbəsinin müdir müavini
Cəmiyyət28.09.2026 18:10
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev istefa verib. Sfera.az xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası oktyabrın 8-də Qəzənfər Abdullayevin istefa ərizəsinə baxacaq. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından fakt təsdiqlənib. Bildirilib ki, Qəzənfər Abdullayev səhhətində yaranan problemlərlə əlaqədar öz ərizəsi ilə vəzifəsindən istefa verib. Qeyd edək ki, son
Gündəm24.09.2026 18:47




