naməlum
ABŞ 80 ildən çoxdur okeandakı yadplanetlilərlə bağlı həqiqətləri gizlədir? - İDDİA
ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan kontr-admiralı Tim Qallodet ölkə hakimiyyətini okeanlarda müşahidə edilən naməlum obyektlər barədə məlumatları onilliklərdir ictimaiyyətdən gizlətməkdə ittiham edib. Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “International Business Times” nəşri məlumat yayıb. Qallodetin sözlərinə görə, hərbi dənizçilər dəfələrlə komandanlığa təkcə havada hərəkət edən deyil, həm də okeanın dərinliklərinə dalan naməlum obyektlər barədə məlumat veriblər.
Dünya29.10.2026 08:33

