mühasibat
Yüksək vəzifə verilən Seymur Nəcəfov kimdir? - DOSYE
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) yeni kadr təyinatı olub. Sfera.az bildirir ki, Ölkə.az -ın əldə etdiyi xəbərə görə, bu barədə müvafiq əmr imzalanıb. Əmrə əsasən, Seymur Nəcəfov universitetin Maliyyə və Təminat Departamentinin direktoru - baş mühasib təyin olunub. Digər əmrlə, ADNSU-nun maliyyə və təsərrüfat məsələləri üzrə prorektoru vəzifəsinin müvəqqəti icrası da ona tapşırılıb. Qeyd edək ki, Seymur Əsgər oğlu Nəcəfov 24 avqust 1987-ci ildə Bakı şəhərində doğulub.
Cəmiyyət21.07.2026 18:14

