mövcud smartfon
Bu telefon nəhəngi istehsalı dayandırdı
Tayvanın texnologiya nəhənglərindən olan “ASUS” şirkətinin smartfon bazarından çəkilməyə hazırlaşdığı iddia olunur. Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin “Sözcü” nəşri məlumat yayıb. Məlumata görə, şirkət mobil sektorda apardığı optimallaşdırma tədbirlərinə baxmayaraq, zərər etməyə davam etdiyi üçün mövcud smartfon modellərinin istehsalını dayandırıb. Bildirilib ki, şirkətin rəhbəri Conni Şi ilin əvvəlində 2026-cı il ərzində yeni smartfon modelinin təqdim olunmayacağını açıqlayıb.
Maraqlı02.11.2026 23:27

