Mirzəağa Əliyev küçəsi
Bakıda marketin damı çökdü: xəsarət alan var – VİDEO
Bakının Hövsan qəsəbəsində yerləşən SPAR marketin damı çöküb. Sfera.az xəbər verir ki, bu barəd görüntülər sosial mediada yayılıb. Bildirilir ki, hadisə Mirzəağa Əliyev küçəsində baş verib. Damın çökməsi zamanı bir nəfər dağıntılar altında qalıb. Hadisə yerinə FHN -in xilasediciləri cəlb olunub və dağıntılar altında qalan şəxs xilas edilib. İlkin məlumata görə, xəsarət alan şəxsin həyati təhlükəsi yoxdur. Hadisə ilə bağlı araşdırma aparılır./globalinfo
Cəmiyyət15.08.2026 10:25

