minik avtomobili
Qubada 2 minik avtomobili toqquşdu - 5 nəfər xəsarət aldı
Qubada iki minik avtomobili toqquşub, 5 nəfər xəsarət alıb. Sfera.az xəbər verir ki, hadisə Quba şəhərinin Əliqulu Nərimanov küçəsində qeydə alınıb. İlkin məlumata əsasən, "Chevrolet" və "Ford" minik avtomobilləri toqquşub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 5 nəfər təcili tibbi yardım briqadalarının köməyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır. ( Apa.az)
Hadisə02.08.2026 15:30
Azərbaycan nə qədər avtomobil istehsal edir? - RƏQƏMLƏR
2026-cı ilin ilk 5 ayı ərzində Azərbaycanda 2 212 ədəd avtomobil istehsal edilib. Sfera.az Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara istinadən xəbər verir ki, ölkəmizdə ilk 5 ayda 1 677 ədəd minik avtomobili, 342 ədəd yük avtomobili, 193 ədəd avtobus istehsal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədən görünür ki, minik avtomobili istehsalı 18,3 faiz (375 ədəd) azalsa da, yük avtomobillərinin istehsalı 7,8 dəfə, avtobusların istehsalı 4,3 dəfə artıb. Vasif Sfera.az
Media18.06.2026 11:48


