min manatlıq qızıl
Usta mənzildən 10 min manatlıq qızıl oğurladı
Suraxanı rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb. Sfera.az DİN-ə istinadən xəbər verir ki, rayon sakinlərindən biri polisə müraciət edərək evindən 10 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 42 yaşlı V.Məmmədov saxlanılıb. O, hadisəni usta kimi işlədiyi evdə törədib.
Kriminal11.08.2026 16:34

