meyxana
Ağamirzədən toyda meyxanaya qadağa qoyulması ilə bağlı fikirlərə reaksiya
Meyxanaçı Ağamirzə Məmmədov toy məclislərində meyxanaya qadağa qoyulması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib. Sfera.az bildirir ki, o, qaynarinfo-ya açıqlamasında belə bir qadağanın mümkün olmadığını deyib: “Nə qədər ki, el şənliyi var, meyxana da olacaq. Heç vaxt belə bir qadağa olmaz. Bundan söhbət belə gedə bilməz. Danışırlar da”. Ağamirzə Məmmədov Bakı toylarını meyxanasız təsəvvür etmədiyini vurğulayıb: “Mümkün deyil. Yaxşı olar, inşallah... Meyxananı hər kəs bəyənir”.
Maqazin28.09.2026 18:58

