Merkuri
Retroqrad bitdi: Bizi nələr gözləyir?
Noyabrın 13-də astrologiyada xüsusi əhəmiyyət verilən Merkuri və Veneranın retroqrad dövrləri başa çatıb. Bu hadisə münasibətlər, ünsiyyət, maliyyə məsələləri və şəxsi qərarlarla bağlı yeni mərhələnin başlanğıcı kimi şərh olunur. Sfera.az bildirir ki, astroloji yanaşmaya görə, Merkuri retroqradı zamanı ünsiyyətdə anlaşılmazlıqlar, texniki problemlər, gecikmələr və yarımçıq qalan işlər ön plana çıxır. Bu dövrün başa çatması isə həmin məsələlərdə tədricən aydınlığın yaranması ilə əlaqələndirilir.
Media14.11.2026 20:52
