Məmmədov Vüqar Qulu oğlu
Qazaxda ehtiyatda olan zabit dəm qazından öldü
Qazax rayonunda 49 yaşlı kişi dəm qazından zəhərlənərək vəfat edib. Sfera.az bildirir ki, vəfat edən şəxs 1977-ci il təvəllüdlü Məmmədov Vüqar Qulu oğlu Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) ehtiyatda olan zabiti olub və pensiyada imiş. Hadisə rayonun Kəmərli kəndində qeydə alınıb. Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qazax rayon şöbəsinə təhvil verilib. Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır./metbuat
Cəmiyyət21.11.2026 22:33

