Mehman Hacıyev
Gəncədə 1 dəqiqəlik sükut olacaq
Misli Premyer Liqasının V turunun “Kəpəz” – “Qəbələ” oyunu 1 dəqiqəlik sükutla başlayacaq. Sfera.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb. Qarşılaşmanın start fitindən öncə Azərbaycanın veteran futbolçusu Mehman Hacıyevin vəfatı ilə əlaqədar Gəncə stadionunda 1 dəqiqəlik sükut elan olunacaq. Bununla bağlı “Kəpəz” rəhbərliyinin Peşəkar Futbol Liqasına müraciətinə müsbət cavab verilib. Bir dəqiqəlik sükut zamanı həmçinin stadionun ekranlarında mərhumun fotosu əksini tapacaq.
Cəmiyyət08.09.2026 20:58

