mədəniyyət
Sahibə Qafarova yeni səfirlə görüşdü
Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 23-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dunkan Norman ilə görüşüb. Bu barədə Sfera.az -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən Sahibə Qafarova Azərbaycan və Birləşmiş Krallıq arasında dostluq və tərəfdaşlıq münasibətlərindən söz açıb.
Siyasət23.09.2026 21:56
Baş nazir qərar imzaladı
Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"ndə dəyişiklik edilməsi haqqında Qərar imzalayıb. Sfera.az xəbər verir ki, Qərara əsasən, təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir. Azərbaycan xalqının tarixi,
Cəmiyyət21.09.2026 18:55
Bu teatrlar nazirliyin tabeliyinə verildi
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan “Yaşıl Teatr” Bakı Konsert Kompleksi və Bakı Şəhər Bələdiyyə Teatrı bütün əmlakı ilə birlikdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. Sfera.az xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə Qərar imzalayıb. Azərbaycan Respublikasının İqtisadiyyat və Mədəniyyət nazirlikləri və Bakı Şəhər İcra Hakimiyyəti bu Qərardan irəli gələn məsələləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll etməlidirlər.
Cəmiyyət09.09.2026 20:07
Bu şəhər ŞƏT-in turizm və mədəniyyət mərkəzi seçildi
Pakistanın Lahor şəhəri Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) turizm və mədəniyyət mərkəzi elan olunub. Sfera.az Qırğızıstan mediasına istinadən xəbər verir ki, bununla bağlı sənəd bu gün, sentyabrın 1-də Bişkekdə keçirilən ŞƏT sammiti çərçivəsində imzalanıb. Qeyd edək ki, Lahor Pakistanın mühüm tarixi və mədəni şəhərlərindən biri hesab olunur. ŞƏT çərçivəsində şəhərə belə statusun verilməsi təşkilata üzv ölkələr arasında turizm və mədəni əlaqələrin inkişafına xidmət edəcək. Bəsti Rəfizadə
İqtisadiyyat01.09.2026 12:54
Elvira Hacıbalayeva vəzifəsindən azad edildi
Xəbər verdiyimiz kimi, avqustun 25-də Qusar Rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin Ərazi-təşkilat məsələləri sektorunun müdiri Eldar Hacıbalayev icra başçısı Sahir Məmmədxanovun əmri ilə vəzifəsindən azad edilib. Sfera.az bildirir ki, Eldar Hacıbalayevdən sonra onun həyat yoldaşı – Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar Mədəniyyət Sektorunun müdiri Elvira Hacıbalayeva da vəzifəsini itirib. Elvira Hacıbalayeva vəzifəsindən azad olunması üçün özü
Gündəm28.08.2026 19:04
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış oldu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində Leyla Əliyeva avqustun 24-də ilk Buxara Müasir İncəsənət Biennalesinin əsərlərinin bir hissəsi ilə tanış olub. Sfera.az xəbər verir ki, Buxara Biennalesi Özbəkistan Mədəniyyət və İncəsənətin İnkişafı Fondu tərəfindən keçirilir. İlk dəfə 2025-ci ildə keçirilən Buxara Biennalesi Mərkəzi Asiyanın ən böyük mədəniyyət tədbirlərindən birinə çevrilib. Hazırda Buxarada ilk Biennaledə nümayiş olunan əsərlərin bir
Siyasət24.08.2026 21:00
Baş nazir qərar imzaladı
Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib. Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Belə ki, Nardaran tarix-mədəniyyət qoruğunun ərazisində yerləşən elmi, tarixi və ya bədii əhəmiyyəti olan tarix və mədəniyyət abidələri Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada qabaqlayıcı, konservasiya, bərpa və xüsusi mühafizə dərəcələri tətbiq edilməklə dövlət tərəfindən qorunacaq. Həmçinin qoruğun ərazisində yerləşən tarix və mədəniyyət
Cəmiyyət13.07.2026 10:52







